Lavrov: "ATƏT məkanında istənilən münaqişə diqqətli yanaşma tələb edir"

Lavrov: "ATƏT məkanında istənilən münaqişə diqqətli yanaşma tələb edir" "Rusiya Dağlıq Qarabağ, Dnestryanı ərazilər, Ukrayna münaqişələrinin həllində məhz bu fikri rəhbər tutur"
Xarici siyasət
3 Dekabr , 2015 14:08
Lavrov: ATƏT məkanında istənilən münaqişə diqqətli yanaşma tələb edir

Bakı. 3 dekabr. REPORT.AZ/ Həm cənubda, həm də ümumilikdə ATƏT məkanında istənilən münaqişə diqqətli yanaşma, vasitəçilik formatı tələb edir". "Report" xəbər verir ki, bunu ATƏT Nazirlər Şurasının Belqradda keçirilən 22-ci iclasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazirin sözlərinə görə, Rusiya Dağlıq Qarabağ, Dnestryanı ərazilər, Ukrayna münaqişələrinin həllində məhz bu fikri rəhbər tutur.

Çıxışında nazir dövlət suverenliyinə hörmətin və onların işlərinə qarışmamağın əhəmiyyətini vurğulayıb.

S.Lavrov çıxışı zamanı, həm də terrorizmə qarşı mübarizə məsələsinə toxunub və əsas məqsədlərinin ən qüdrətli dinlərdən olan İslamı ləkələyən İŞİD layihəsini məhv etmək olduğunu deyib.

Rusiya xarici işlər naziri terrorçuların tam məhv edilməsinin vacibliyini qeyd edib: "Danışıqlar masasında terroristlərə yer yoxdur".

Son xəbərlər

Orphus sistemi