Yuxarı

Lavrov: "ATƏT məkanında istənilən münaqişə diqqətli yanaşma tələb edir"

Rusiya Dağlıq Qarabağ, Dnestryanı ərazilər, Ukrayna münaqişələrinin həllində məhz bu fikri rəhbər tutur

Bakı. 3 dekabr. REPORT.AZ/ Həm cənubda, həm də ümumilikdə ATƏT məkanında istənilən münaqişə diqqətli yanaşma, vasitəçilik formatı tələb edir". "Report" xəbər verir ki, bunu ATƏT Nazirlər Şurasının Belqradda keçirilən 22-ci iclasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazirin sözlərinə görə, Rusiya Dağlıq Qarabağ, Dnestryanı ərazilər, Ukrayna münaqişələrinin həllində məhz bu fikri rəhbər tutur.

Çıxışında nazir dövlət suverenliyinə hörmətin və onların işlərinə qarışmamağın əhəmiyyətini vurğulayıb.

S.Lavrov çıxışı zamanı, həm də terrorizmə qarşı mübarizə məsələsinə toxunub və əsas məqsədlərinin ən qüdrətli dinlərdən olan İslamı ləkələyən İŞİD layihəsini məhv etmək olduğunu deyib.

Rusiya xarici işlər naziri terrorçuların tam məhv edilməsinin vacibliyini qeyd edib: "Danışıqlar masasında terroristlərə yer yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi