Kanak xalqının təmsilçisi: Fransanın məqsədi odur ki, biz mənsubiyyətimizi itirək

Kanak xalqının təmsilçisi: Fransanın məqsədi odur ki, biz mənsubiyyətimizi itirək Öz mənsubiyyətimizi qoruyub saxlamaq indiki halda çox çətindir. Fransanın məqsədi də budur ki, biz mənsubiyyətimizi itirək.
Xarici siyasət
18 Aprel , 2024 17:17
Kanak xalqının təmsilçisi: Fransanın məqsədi odur ki, biz mənsubiyyətimizi itirək

Öz mənsubiyyətimizi qoruyub saxlamaq indiki halda çox çətindir. Fransanın məqsədi də odur ki, biz mənsubiyyətimizi itirək.

“Report” xəbər verir ki, bunu Yeni Kaledoniya senatının İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin aprelin 18-də Azərbaycan parlamentində keçirilən mətbuat konfransında deyib.

"Biz xalq olaraq BMT-də təmsil olunuruq. 1986-cı ildən müstəmləkədən azad olunmalı xalqlar siyahısına salınmışıq. Həmçinin, bir sıra hərəkatlar var ki, onlar bizim səsimizin dünyaya çatdırılması üçün çalışırlar. Bu gün xalqımız azadlıq mübarizəsi aparır. Həmin mübarizə milli mənsubiyyətimizi və mədəniyyətimizi qorumaq üçün aparılan mübarizədir. Çalışırıq ki, gələcək nəsil bu məsələlərdə daha fəal olsun. Fransa hazırda assimilyasiya siyasəti aparır, ancaq buna nail olmamalıdır. Biz şagirdlərin tədris planına öz mədəniyyətimizin qorunması üçün bir sıra dərsliklərin salınmasına çalışırıq", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi