Hyustonda Azərbaycanın milli bayramına həsr edilmiş konsert olub

Hyustonda Azərbaycanın milli bayramına həsr edilmiş konsert olub Azərbaycan Mərkəzinin başçısına Hyuston merinin proklamasiyası ilə bərabər, ABŞ konqresmenləri Cin Qrin və Pit Olsenin fərdi qətnamələri təqdim edilib
Xarici siyasət
31 May , 2015 23:08
Hyustonda Azərbaycanın milli bayramına həsr edilmiş konsert olub

Bakı. 31 May. REPORT.AZ/ Türkiyənin Hyustondakı konsulluğu, Azərbaycan Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən təşkil edilən konsertdə türkiyəli müğənni Oya Ergün (soprano), azərbaycanlı pianoçu-orqançalan Cəmilə Cavadova Spitsberq və pianoçu Nərminə Əliyeva Sevda İbrahimova, Tofiq Quliyev və Vasif Adıgözəlovun əsərlərini ifa ediblər ifa ediblər.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Hyustondakı konsulu Ferhad Alkan tədbiri açaraq, Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Sonra Hyuston şəhərindəki Azərbaycan Mərkəzinin başçısı İradə Axundova çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında qısa məlumat verib. O bildirib ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub.

Sonra Hyuston şəhər şurasının üzvü Robert Qalleqos Azərbaycan Mərkəzinin başçısı İradə Axundovaya şəhərin meri Annis Parkerin Hyuston ilə Bakı arasında sıx əlaqələrdən və ikitərəfli münasibətlərin inkişafında Azərbaycan icmasının rolundan danışılan proklamasiyasını təqdim edib.

Azərbaycan Mərkəzinin başçısına Hyuston merinin proklamasiyası ilə bərabər, Texas ştatının Nümayəndələr Palatasının üzvü Alma Allenin, ABŞ konqresmenləri Cin Qrin və Pit Olsenin fərdi qətnamələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi