GUAM ölkələrinin gömrük xidmətləri blokçeyn-texnologiyalardan istifadə ilə bağlı niyyət protokolları imzalayıb

GUAM ölkələrinin gömrük xidmətləri blokçeyn-texnologiyalardan istifadə ilə bağlı niyyət protokolları imzalayıb Kiyevdə GUAM-a üzv dövlətlərin (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) gömrük xidmətlərinin rəhbərlərinin iclası keçirilib.
Xarici siyasət
13 Dekabr , 2019 12:14

Kiyevdə GUAM-a üzv dövlətlərin (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) gömrük xidmətlərinin rəhbərlərinin iclası keçirilib.

"Report" GUAM-ın saytına istinadən xəbər verir ki, iclasda tərəflər GUAM-a üzv dövlətlərdə ticarət və nəqliyyatın təşviq edilməsi üzrə layihənin icrası çərçivəsində 2019-cu ildə gömrük sahəsində əməkdaşlığın nəticələrini müzakirə ediblər və gömrük prosedurlarının daha da sadələşdirilməsi, gömrük rəsmiləşdirilməsi prosesinin təkmilləşdirilməsi və gömrük hüquqpozmalarına qarşı mübarizə üçün gömrük sahəsində bağlanmış beynəlxalq müqavilələrin icrasına nəzarət edilməsinin zəruriliyini bildiriblər.

Bundan əlavə, GUAM-a üzv dövlətlərin hökumət başçılarının görüşü çərçivəsində GUAM üzvü olan ölkələrin gömrük xidmətləri arasında səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması və GUAM dövlətlərinin dövlət sərhədlərindən keçən malların mənşə sertifikatlarının təsdiqlənməsi zamanı blokçeyn-texnologiyalardan istifadə haqqında niyyət protokolları imzalanıb.

Tərəflər həmçinin 2020-ci ildə növbəti görüşü keçirmək barədə razılıq əldə ediblər.

Son xəbərlər

Orphus sistemi