Elmar Məmmədyarov Britaniya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Elmar Məmmədyarov Britaniya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib Səfir İrfan Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib
Xarici siyasət
6 May , 2016 14:29
Elmar Məmmədyarov Britaniya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Səfir İrfan Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi