Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Britaniya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

    Səfir İrfan Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib

    Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

    Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

    Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

    Səfir İrfan Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

    Nazir Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi