Belarus prezidenti Yaqub Eyyubov və Xanlar Fətiyevi "Şərəf" ordeni ilə təltif edib

Belarus prezidenti Yaqub Eyyubov və Xanlar Fətiyevi "Şərəf" ordeni ilə təltif edib Onlar bu yüksək mükafata ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına göstərdiyi şəxsi xidmətlərə görə layiq görülüblər
Xarici siyasət
23 Oktyabr , 2015 20:30
Belarus prezidenti Yaqub Eyyubov və Xanlar Fətiyevi Şərəf ordeni ilə təltif edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubovu və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevi "Şərəf" ordeninə layiq görüb.

"Report"un verdiyi xəbərə görə, bu barədə məlumatı Belarus dövlət başçısının mətbuat xidməti yayıb.

Y.Eyyubov və X.Fətiyev bu yüksək mükafata Belarus və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə göstərdiyi şəxsi xidmətlərə görə layiq görülüb.

Belarus və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq əlaqələrinin inkişafında göstərdiyi şəxsi xidmətə görə "Şərəf" ordeninə həmçinin AYİB-in Rusiya, Belarus və Tacikistan üzrə icraçı direktoru Denis Morozov da layiq görülüb.

Sərəncamları ölkə başçısı oktyabrın 22-də imzalayıb. 

Son xəbərlər

Orphus sistemi