Yuxarı

Belarus prezidenti Yaqub Eyyubov və Xanlar Fətiyevi "Şərəf" ordeni ilə təltif edib

Onlar bu yüksək mükafata ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına göstərdiyi şəxsi xidmətlərə görə layiq görülüblər

Bakı. 23 oktyabr. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubovu və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevi "Şərəf" ordeninə layiq görüb.

"Report"un verdiyi xəbərə görə, bu barədə məlumatı Belarus dövlət başçısının mətbuat xidməti yayıb.

Y.Eyyubov və X.Fətiyev bu yüksək mükafata Belarus və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə göstərdiyi şəxsi xidmətlərə görə layiq görülüb.

Belarus və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq əlaqələrinin inkişafında göstərdiyi şəxsi xidmətə görə "Şərəf" ordeninə həmçinin AYİB-in Rusiya, Belarus və Tacikistan üzrə icraçı direktoru Denis Morozov da layiq görülüb.

Sərəncamları ölkə başçısı oktyabrın 22-də imzalayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi