Bakıda Azərbaycan və Niderland XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Niderland XİN-ləri arasında məsləhətləşmələr keçirilib Tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər
Xarici siyasət
31 Mart , 2015 14:23
Bakıda Azərbaycan və Niderland XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Bakı. 31 mart. REPORT.AZ/ Bakıda Azərbaycan və Niderlandın Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr baş tutub.

"Report" Niderlandın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, məsləhətləşmələrin keçirilməsi üçün Niderland XİN baş direktorunun siyasi məsələlər üzrə müavini Andre Haspels Bakıya gəlib.

Məsləhətləşmələr zamanı Azərbaycan xarici işlər naziri Xələf Xələfov və A.Haspels ölkələr arasında ikitərəfli münasibətlərin cari səviyyəsi, eləcə də onların inkişaf perspektivlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi