Yuxarı

Bakıda Azərbaycan və Niderland XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər

Bakı. 31 mart. REPORT.AZ/ Bakıda Azərbaycan və Niderlandın Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr baş tutub.

"Report" Niderlandın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, məsləhətləşmələrin keçirilməsi üçün Niderland XİN baş direktorunun siyasi məsələlər üzrə müavini Andre Haspels Bakıya gəlib.

Məsləhətləşmələr zamanı Azərbaycan xarici işlər naziri Xələf Xələfov və A.Haspels ölkələr arasında ikitərəfli münasibətlərin cari səviyyəsi, eləcə də onların inkişaf perspektivlərini müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi