Azərbaycan XİN: ABŞ-dakı silahlı hücumu qınayırıq

Azərbaycan XİN: ABŞ-dakı silahlı hücumu qınayırıq “Birləşmiş Ştatlar xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”
Xarici siyasət
13 İyun , 2016 13:00
Azərbaycan XİN: ABŞ-dakı silahlı hücumu qınayırıq

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da çoxlı insan ölümü ilə nəticələnən hadisə ilə bağlı bu ölkəyə başsağlığı verib.

“Report”un xəbərinə görə, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “12 iyun 2016-cı il tarixində Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayırıq. Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

Son xəbərlər

Orphus sistemi