Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər 3-7 mart tarixlərində baş tutacaq.
Məlumata əsasən, səfərin əsas məqsədi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etməkdir.
Görüşlər zamanı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ölkənin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkənin ticarət siyasəti kimi məsələlər müzakirə olunacaq.