Yuxarı

Azərbaycanın ÜTT-yə üzvlüyü məsələsi müzakirə olunacaq

Azərbaycan xarici işlər nazirinin müavini Cenevrəyə səfər edəcək

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər 3-7 mart tarixlərində baş tutacaq.

Məlumata əsasən, səfərin əsas məqsədi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etməkdir.

Görüşlər zamanı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ölkənin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkənin ticarət siyasəti kimi məsələlər müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi