Azərbaycanın baş konsulu Aydaho qubernatoru ilə görüşüb

Azərbaycanın baş konsulu Aydaho qubernatoru ilə görüşüb Görüşdə ticarət, kənd təsərrüfatı, texnologiya və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Xarici siyasət
30 Noyabr , 2015 10:47
Azərbaycanın baş konsulu Aydaho qubernatoru ilə görüşüb

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Aydaho ştatının qubernatoru Klement Leroy Otterlə görüşüb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, görüşdə ticarət, kənd təsərrüfatı, texnologiya və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

N.Ağayevin sözlərinə görə, Azərbaycan regionun ən böyük iqtisadiyyata malik ölkəsidir və Aydaho ilə mübadilə üçün böyük imkanlara malikdir.

Baş konsul qubernatorun Azərbaycanın ticarət imkanları ilə yaxından tanış olmaq məqsədilə ölkəmizə ticarət missiyası göndərəcəyinə ümidvar olduğunu da bildirib.

Bundan əlavə, N.Ağayev multikulturalizm ənənələrindən və 11 sentyabr terror hücumları zamanı Azərbaycanın ABŞ-ı dəstəkləməsindən danışıb.

Son xəbərlər

Orphus sistemi