Azərbaycan XİN rəhbəri Ukraynaya səfər edəcək

Azərbaycan XİN rəhbəri Ukraynaya səfər edəcək Səfər Ukrayna prezidentinin səfərinə hazırlıqla bağlı işlərdən əvvəl baş tutacaq
Xarici siyasət
17 Dekabr , 2014 10:32
Azərbaycan XİN rəhbəri Ukraynaya səfər edəcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya rəsmi səfəri planlaşdırılır. Bu barədə "Report"a müsahibəsində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib. 

O qeyd edib ki, səfərin tarixi hələ müəyyənləşdirilməyib, lakin o Ukrayna prezidenti Pyotr Poroşenkonun səfərinə hazırlıqla bağlı işlərdən əvvəl baş tutacaq.

P.Poroşenkonun Bakıya səfərindən əvvəl həmçinin iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın iclası keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi