Azərbaycan XİN başçısı: "Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən qüvvələr var"

Azərbaycan XİN başçısı: "Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən qüvvələr var" Məmmədyarov: "Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasını alqışlayırıq"
Xarici siyasət
15 İyul , 2016 14:14
Azərbaycan XİN başçısı: Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən qüvvələr var

Bakı. 15 iyul. REPORT.AZ/ "Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən qüvvələr var və onlar belə addımlar atır".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın təxribatı nəticəsində azərbaycanlı zabitin şəhid olmasını şərh edərkən deyib.

Azərbaycan XİN başçısı Silahlı Qüvvələrinin hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar başsağlığı verib.

"Bu onu göstərir ki, danışıqları intensivləşdirmək lazımdır", - deyə o bildirib.

Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mümkün təsirini şərh edən E.Məmmədyarov deyib: "Türkiyə və Rusiya regionun iki böyük dövlətidir. Rusiya xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda etdiyi səfər zamanı qeyd edib ki, regionda nə qədər yaxşı əlaqələr yaratsaq, bu, hamımız üçün bir o qədər yaxşı olar. Biz Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasını alqışlayırıq. Bu amil münaqişənin həlli məsələsinə yardım edəcək".

Son xəbərlər

Orphus sistemi