​Azərbaycanın XİN başçısı ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

​Azərbaycanın XİN başçısı ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək Görüş dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək
Xarici siyasət
20 Oktyabr , 2015 14:22
​Azərbaycanın XİN başçısı ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in xarici işlər nazirlərinin növbəti iclasında iştirak etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə XIN başçısı Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) növbəti iclası dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Bu ilki iclas Serbiya xarici işlər naziri, təşkilatın hazırki sədri İvitsa Daçiçin dəvəti ilə baş tutacaq.

Nazirlər Şurası ATƏT-in mərkəzi qərarverici və idarəedici orqanıdır. ildə bir dəfə ATƏT-ə üzv olan 57 ölkənin xarici işlər nazirləri ötən il ərzində təşkilatın fəaliyyətini müzakirə etmək və qiymətləndirmək üçün bir araya gəlir

Son xəbərlər

Orphus sistemi