Yuxarı

​Azərbaycanın XİN başçısı ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Görüş dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in xarici işlər nazirlərinin növbəti iclasında iştirak etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə XIN başçısı Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) növbəti iclası dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Bu ilki iclas Serbiya xarici işlər naziri, təşkilatın hazırki sədri İvitsa Daçiçin dəvəti ilə baş tutacaq.

Nazirlər Şurası ATƏT-in mərkəzi qərarverici və idarəedici orqanıdır. ildə bir dəfə ATƏT-ə üzv olan 57 ölkənin xarici işlər nazirləri ötən il ərzində təşkilatın fəaliyyətini müzakirə etmək və qiymətləndirmək üçün bir araya gəlir

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi