Azərbaycanla Malayziya məhbusların ekstradisiyasına dair razılaşma imzalamağı planlaşdırır

Azərbaycanla Malayziya məhbusların ekstradisiyasına dair razılaşma imzalamağı planlaşdırır Doqquz ölkə Malayziya ilə bu cür razılaşma imzalamaqda maraqlı olduqlarını bildiriblər
Xarici siyasət
3 Dekabr , 2014 13:21
Azərbaycanla Malayziya məhbusların ekstradisiyasına dair razılaşma imzalamağı planlaşdırır

Bakı. 3 dekabr. REPORT.AZ/ Malayziya bir sıra ölkələrlə məhbusların ekstradisiyası haqqında beynəlxalq razılaşma imzalamağı planlaşdırır. "Report" Malayziya KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin xarici işlər nazirinin müavini Van Xunaydi Tuanku Cəfər bəyan edib. 

Onun sözlərinə görə, bu gün daha doqquz ölkə belə razılaşma imzalamaqda maraqlı olduqlarını bildiriblər. Bura İran, Azərbaycan, Latviya, Bolqarıstan, Filippin, Rumıniya, Türkiyə, Səudiyyə Ərəbistanı və Cənubi Koreya daxildir.  

O qeyd edib ki, hazırda Malayziyada həbsdə olan 2 minə yaxın xarici vətəndaş öz ölkələrinə təhvil verilə bilər. Təxminən 1700 Malayziya vətəndaşı da xaricdə cəza çəkir. 

Son xəbərlər

Orphus sistemi