Bakı. 7 yanvar. REPORT.AZ/ Fevralın 1-2-də Bakıda "Araşdır, qoru və təbliğ et!" şüarı ilə gənclərin I beynəlxalq mədəni irs və turizm forumu keçiriləcək. Bu barədə "Report"a tədbirin əsas təşkilatçısı olan "Miras Mədəni İrsin Öyrənilməsinə Kömək" İctimai Birliyindən məlumat verilib.
Məlumata görə, foruma müxtəlif ölkələrdən yaşı 35-ə qədər olan gənclər mədəni irsin araşdırılması, qorunması və təbliğ olunması istiqamətində yeni ideyalarla çıxış etmək üçün dəvət olunublar. Sonda həm məruzəçilər, həm də iştirakçılara sertifikat veriləcək.
Forumun məqsədi gəncləri bir araya gətirərək müxətlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır deyən təşkilatçılar forumda iştirak etmək istəyənlərin yanvarın 8-ə qədər təşkilatçılara müraciət etməli olduğunu deyib.