Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” yeni aksiyaya başlayıb.
“Report”un məlumatına görə, aksiya çərçivəsində kinoteatrın “Platinum” zalına biletin qiyməti 25 manatdan 10 manata endirilib. Beləliklə, kino həvəskarları avqustun 23-dən etibarən həftənin bazarertəsi – cümə axşamı günlərində “Platinum” zalında istənilən filmi 10 manata izləyə biləcəklər.
Aksiya oktyabrın 1-dək davam edəcək. Biletləri kinoteatrın kassalarından, həmçinin kinoteatrın rəsmi saytı
Ətraflı məlumat üçün “CinemaPlus”un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.