Teylor Sviftin Sinqapurdakı çıxışları ölkənin ÜDM-sini artıracaq

Teylor Sviftin Sinqapurdakı çıxışları ölkənin ÜDM-sini artıracaq Amerikalı müğənni Taylor Sviftin “The Eras” konsert turu son altı rübdə Sinqapurun ən sürətlə inkişaf edən iqtisadiyyatına töhfə verəcək.
Şou-biznes
9 Mart , 2024 08:25
Teylor Sviftin Sinqapurdakı çıxışları ölkənin ÜDM-sini artıracaq

Amerikalı müğənni Taylor Sviftin “The Eras” konsert turu son altı rübdə Sinqapurun ən sürətlə inkişaf edən iqtisadiyyatına töhfə verəcək.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentliyin sorğusuna qatılan iqtisadçılar ölkənin illik ÜDM artımı ilə bağlı gözləntiləri 2,3%-dən 2,5%-ə yüksəldiblər.

Ekspertlər deyirlər ki, Taylor Sviftin çıxışları Sinqapur iqtisadiyyatına 300-400 milyon Sinqapur dolları (təxminən 225-300 milyon dollar) gəlir gətirəcək.

Martın 2-dən martın 8-dək müğənni ölkədə beş konsert verib, daha biri isə martın 9-na planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi