“CinemaPlus” yeni endirim aksiyasına başlayıb

“CinemaPlus” yeni endirim aksiyasına başlayıb Aksiya oktyabrın 1-dək davam edəcək
Şou-biznes
22 Avqust , 2016 19:50
“CinemaPlus” yeni endirim aksiyasına başlayıb

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” yeni aksiyaya başlayıb.

“Report”un məlumatına görə, aksiya çərçivəsində kinoteatrın “Platinum” zalına biletin qiyməti 25 manatdan 10 manata endirilib. Beləliklə, kino həvəskarları avqustun 23-dən etibarən həftənin bazarertəsi – cümə axşamı günlərində “Platinum” zalında istənilən filmi 10 manata izləyə biləcəklər.

Aksiya oktyabrın 1-dək davam edəcək. Biletləri kinoteatrın kassalarından, həmçinin kinoteatrın rəsmi saytı www.cinemaplus.az-dan onlayn olaraq əldə etmək olar və ya 012 499 89 88 və 119 nömrələrinə zəng vurmaqla sifariş vermək olar.

Ətraflı məlumat üçün “CinemaPlus”un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Son xəbərlər

Orphus sistemi