Bakı. 8 iyul. REPORT.AZ/ 2016-cı ildə "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi şəhərin və məkanın adı açıqlanıb.
"Report"un "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, İsveçin SVT milli yayım telekanalı bildirib ki, Stokholmun Global Arena zalı gələn il bu müsabiqəni qəbul edəcək.
Xatırladaq ki, bu il Avstriyada keçirilən "Eurovision" Mahnı yarışmasında İsveç ifaçısı Mons Zalmerlev "Heroes" (Qəhrəmanlar) mahnısı ilə birinci olub.
İsveç "Eurovision" mahnı Müsabiqəsində 6 dəfə qələbə qazanıb. İki dəfə bu yarışma Stokholmda keçirilib.