​2016-cı ildə "Eurovision" müsabiqəsinin keçiriləcəyi məkan məlum olub

​2016-cı ildə "Eurovision" müsabiqəsinin keçiriləcəyi məkan məlum olub İsveçin SVT Milli yayım telekanalı müsabiqənin baş tutacağı şəhərin və məkanın adını açıqlayıb
Şou-biznes
8 İyul , 2015 14:18
​2016-cı ildə Eurovision müsabiqəsinin keçiriləcəyi məkan məlum olub

Bakı. 8 iyul. REPORT.AZ/ 2016-cı ildə "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi şəhərin və məkanın adı açıqlanıb.

"Report"un "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, İsveçin SVT milli yayım telekanalı bildirib ki, Stokholmun Global Arena zalı gələn il bu müsabiqəni qəbul edəcək.

Xatırladaq ki, bu il Avstriyada keçirilən "Eurovision" Mahnı yarışmasında İsveç ifaçısı Mons Zalmerlev "Heroes" (Qəhrəmanlar) mahnısı ilə birinci olub.

İsveç "Eurovision" mahnı Müsabiqəsində 6 dəfə qələbə qazanıb. İki dəfə bu yarışma Stokholmda keçirilib.

Son xəbərlər

Orphus sistemi