DİN Binəqədi və Xəzər rayonlarında səyyar xidmət keçirib

DİN Binəqədi və Xəzər rayonlarında səyyar xidmət keçirib Biləcəri qəsəbəsində, Türkan, Binə və Zirə kəndlərində vətəndaşların müvafiq sənədləri qəbul edilib
Sosial müdafiə
12 May , 2015 17:49
DİN Binəqədi və Xəzər rayonlarında səyyar xidmət keçirib

Bakı. 12 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Azərbaycanın şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitən sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Nazirlikdən "Report"a verilən məlumata görə, növbəti belə tədbir Binəqədi və Xəzər rayonlarında baş tutub.

Binəqədinin Biləcəri qəsəbəsində 223, Xəzər rayonunun isə Türkan, Binə və Zirə kəndlərində keçirilən səyyar xidmətlər nəticəsində isə ümumilikdə 525 nəfərin müvafiq sənədləri qəbul edilib.

Son xəbərlər

Orphus sistemi