Göygöldə “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirilib

Göygöldə “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirilib Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu Topalhəsənli kəndi ərazisində “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirilib.
Sosial müdafiə
7 May , 2024 12:46
Göygöldə “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu Topalhəsənli kəndi ərazisində “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirin keçirilməsində məqsəd intensiv yağıntıların xarakterik olduğu yaz-yay fəsillərində çaylarda yarana bilən sel və daşqınlar zamanı zəruri təhlükəsizlik qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Yerli icra nümayəndəliyinin, o cümlədən, bələdiyyələrin, kənd sakinlərinin və ictimai iaşə obyektlərinin əməkdaşlarının da iştirak etdiyi görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Qeyd edilib ki, əhalinin fövqəladə hallarla bağlı FHN tərəfindən maarifləndirilməsi məqsədilə bu kimi tədbirlər müntəzəm olaraq keçirilir.

Son xəbərlər

Orphus sistemi