Yuxarı

DİN Binəqədi və Xəzər rayonlarında səyyar xidmət keçirib

Biləcəri qəsəbəsində, Türkan, Binə və Zirə kəndlərində vətəndaşların müvafiq sənədləri qəbul edilib

Bakı. 12 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Azərbaycanın şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitən sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Nazirlikdən "Report"a verilən məlumata görə, növbəti belə tədbir Binəqədi və Xəzər rayonlarında baş tutub.

Binəqədinin Biləcəri qəsəbəsində 223, Xəzər rayonunun isə Türkan, Binə və Zirə kəndlərində keçirilən səyyar xidmətlər nəticəsində isə ümumilikdə 525 nəfərin müvafiq sənədləri qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi