Azərbaycanda oyunların, bədii kitabların uşaqların yaşına uyğun təsnifatlaşdırılması nəzərdə tutulur

Azərbaycanda oyunların, bədii kitabların uşaqların yaşına uyğun təsnifatlaşdırılması nəzərdə tutulur Azərbaycanda oyunların, bədii kitabların uşaqların yaşına uyğun təsnifatlaşdırılması nəzərdə tutulur.
Sosial müdafiə
3 May , 2024 12:45
Azərbaycanda oyunların, bədii kitabların uşaqların yaşına uyğun təsnifatlaşdırılması nəzərdə tutulur
Taliyə İbrahimova

Azərbaycanda oyunların, bədii kitabların uşaqların yaşına uyğun təsnifatlaşdırılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "İctimai proseslər media müstəvisində" “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” mövzusunda keçirilən forum çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir.

T.İbrahimova həmçinin bildirib ki, son zamanlar ölüm və intiharlarla bağlı daha mötəbər qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinə istinad edilir:

"Bu gün qadın hüquqlarının pozulması sadəcə fakt deyil, həm də sosial problemdir. Ona görə də həll yolları tapılmalıdır. Jurnalistlər də sosial məsuliyyətlərini dərk etməlidirlər".

Son xəbərlər

Orphus sistemi