“ASAN xidmət” mərkəzlərində 2 gün qeyri-iş günü olacaq

“ASAN xidmət” mərkəzlərində 2 gün qeyri-iş günü olacaq Vətəndaşlar 14 sentyabrdan müvafiq xidmətlərdən yararlana biləcəklər
Sosial müdafiə
9 Sentyabr , 2016 14:58
“ASAN xidmət” mərkəzlərində 2 gün qeyri-iş günü olacaq

Bakı. 9 sentyabr. REPORT.AZ/ Sentyabrın 12-13-də Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.

Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsindən "Report"a verilən məlumata görə, 14 sentyabrdan vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi