Yuxarı

“ASAN xidmət” mərkəzlərində 2 gün qeyri-iş günü olacaq

Vətəndaşlar 14 sentyabrdan müvafiq xidmətlərdən yararlana biləcəklər

Bakı. 9 sentyabr. REPORT.AZ/ Sentyabrın 12-13-də Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.

Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsindən "Report"a verilən məlumata görə, 14 sentyabrdan vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi