Azərbaycanda bəzi şadlıq evlərində mikrobioloji çirklənmə aşkarlanıb

Azərbaycanda bəzi şadlıq evlərində mikrobioloji çirklənmə aşkarlanıb "5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib"
Sağlamlıq
16 Mart , 2015 11:58
Azərbaycanda bəzi şadlıq evlərində mikrobioloji çirklənmə aşkarlanıb

Bakı. 16 mart. REPORT.AZ/ Cari ilin fevral ayı ərzində Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 80 müəssisənin sahibi inzibati qaydada cərimələnib. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, 5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib: "Həmçinin, 7 nəfər işdən müvəqqəti kənarlaşdırılıb, 2 iş istintaqa göndərilib. Bundan başqa, keçən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 377 yeyinti məhsulundan, toksikoloji 23 məhsuldan nümunə götürülüb. Bakterioloji məhsullardan götürülən 263 nümunədən 2 qeyri-kafi nəticə əldə olunub. Şadlıq evlərindən isə 1267 yaxma nümunəsi götürülüb ki, 5 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb". 

Son xəbərlər

Orphus sistemi