​Türkiyənin yeni müdafiə nazirinin adı açıqlanıb

​Türkiyənin yeni müdafiə nazirinin adı açıqlanıb Vecid Könül 1939-cu ildə Ərzincanda anadan olub
Region
3 İyul , 2015 15:40
​Türkiyənin yeni müdafiə nazirinin adı açıqlanıb

Bakı. 3 iyul. REPORT.AZ/ Vecid Könül Türkiyənin müdafiə naziri təyin edilib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

V.Könülün təyinatı barədə Türkiyənin baş naziri səlahiyyətlərini icra edən Əhməd Davudoğlu açıqlama verib. O, bu haqda dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məruzə etdiyini bildirib.

Qeyd edək ki, Mehmet Vecdi Könül 1939-cu ildə Ərzincanda anadan olub. 2002-2011-ci illərdə müdafiə naziri işləyib. 1999-2015-ci illərdə millət vəkili olub. Siyasi fəaliyyətindən öncə o, Türkiyənin bir sıra bölgələrində vali və Təhlükəsizlik İdarəsinin başçısı olub.

Son xəbərlər

Orphus sistemi