İrəvanda etirazçılar meydanda gecələyəcəklər

İrəvanda etirazçılar meydanda gecələyəcəklər Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirən müxalifətçilər meydanda gecələyəcəklər.
Region
10 May , 2024 01:04
İrəvanda etirazçılar meydanda gecələyəcəklər
Baqrat Srbazan

Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirən müxalifətçilər meydanda gecələyəcəklər.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, gecə meydanda qalacaq, bu gündən isə itaətsizlik aksiyasına başlayacaqlar.

O, hakimiyyəti bir sıra nöqsanlarda ittiham edərək, Paşinyanın komandasının iqtidardan uzaqlaşdırılmasının bütün Ermənistanın və diasporun tələbi olduğunu vurğulayıb.

B.Qalstanyan qeyd edib ki, o və tərəfdarları Paşinyanı hakimiyyətdən getməyə məcbur edəcək.

Ermənistanın Tavuş vilayəti yeparxiyasının rəhbəri Baqrat Srbazan isə Paşinyanın onları ciddi qəbul etmədiyini bildirib. O, baş naziri xalqı aldatmaqda ittham edib. B.Srbazan vurğulayıb ki, o da gecə meydanda qalacaq.

Son xəbərlər

Orphus sistemi