Tbilisidə polis etiraz aksiyasının bir neçə iştirakçısını saxlayıb

Tbilisidə polis etiraz aksiyasının bir neçə iştirakçısını saxlayıb Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz əlaməti olaraq keçirilən aksiyanın bir neçə iştirakçısı cümə günü gecə Tbilisidəki Çavçavadze prospektində polis əməkdaşları tərəfindən saxlanılıb.
Region
10 May , 2024 04:18
Tbilisidə polis etiraz aksiyasının bir neçə iştirakçısını saxlayıb

Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz əlaməti olaraq keçirilən aksiyanın bir neçə iştirakçısı cümə günü gecə Tbilisidəki Çavçavadze prospektində polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə “Report” “İnaterfaks”a istinadən xəbər verir.

Saxlanılmalar polislərin prospektin hərəkət hissəsini azad etməsi tələbindən sonra başlayıb.

Bundan əvvəl etiraz aksiyasının iki yüzə yaxın iştirakçısı qanunsuz odlu silah saxlamaqda ittiham olunan müxalif bloqer Uçi Abaşidzenin evində toplaşıb. Müxalifət nümayəndələri jurnalistlərə bildiriblər ki, bloqerin evinə silah atan polislər olub.

Son iki gündə naməlum şəxslər bir sıra müxalifətçilərə hücum edib. Yaralanan etirazçılar ağır xəsarətlərlə tibb müəssisələrinə aparılıb.

Polis hücumlarla bağlı araşdırma aparmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi