​Türkiyəli nazir: "Yəməndəki hadisələr neftin qiymətinə təsir göstərib"

​Türkiyəli nazir: "Yəməndəki hadisələr neftin qiymətinə təsir göstərib" "Neftdə Yəmənin payı 2/1000-dir"
Region
29 Mart , 2015 15:12
​Türkiyəli nazir: Yəməndəki hadisələr neftin qiymətinə təsir göstərib

Bakı. 29 mart. REPORT.AZ/ "Yəməndəki hadisələr dünya bazarında xam neftin qiymətinə təsir göstərib".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, dünyada istehlak olunan neftdə Yəmənin payı 2/1000-dir: "Bu elə ciddi rəqəm deyil. Ancaq dünyanın böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının keçid yolunun üzərində olması, bütün neft ixracatçıları ilə əməkdaşlığı dünya bazarında xam neftihn qiymətinə 5% təsir göstərib".

"Biz demişdik ki, bu, texniki məsələ olmaqdan çıxıb, genişmiqyaslı istiqrarsızlıq yaradar. Yəməndə baş verənləri buna örnək göstərmək olar. Bu ölkədəki müsəlmanlar arasında məzhəbçiliklə bağlı problemi belə bir yana qoysaq, bölgədə baş verənləri sosial baxımdan qanayan yuvaya bənzətmək mümkündür", - Taner Yıldız vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi