Bakı. 12 avqusdt. REPORT.AZ/ "Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi ölkə vətəndaşlarının hüquqlarını məhdudlaşdırmır".
"Report" xəbər verir ki, bunu jurnalistlətə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib.
Səfir qeyd edib ki, bir müddət əvvəl Rusiya ilə yaranan problemlərə görə Türkiyəyə turist axınında azalma olub və bu rəqəmlərlə təsdiqlənir: "Amma iki ölkə arasında olam problem həll olunub. Artıq iki tərəfli reyslərimiz bərpa edilib. Rusiyalı turistlər artıq Türkiyənin kurort şəhərlərinə səfər edirlər. Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi türist axınına təsir etməyib. Hazırda Türkiyədə vəziyyət sabitdir. Fövqəladə vəziyyət Fetullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə məqsədilə elan edilib".