​NATO-nun baş katibi: "Rusiyanın Suriyadan çıxmasını hələ dəyərləndirmək lazımdır"

​NATO-nun baş katibi: "Rusiyanın Suriyadan çıxmasını hələ dəyərləndirmək lazımdır" Yens Stoltenberq: "Suriyada gərginliyin azalması istiqamətində atılan istənilən addımı alqışlamağa hazıram"
Region
16 Mart , 2016 15:16
​NATO-nun baş katibi: Rusiyanın Suriyadan çıxmasını hələ dəyərləndirmək lazımdır

Bakı. 16 mart. REPORT.AZ/ "Bu, Suriyadakı münaqişənin dinc yolla həllinə və hərbi gərginliyin azalmasına göstərilən səydir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Suriyadan əsas hərbi qüvvələrini çıxarmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın bu addımını hələ dəyərləndirmək lazımdır: "Suriyada gərginliyin azalması istiqamətində atılan istənilən addımı alqışlamağa hazıram".

Qeyd edək ki, martın 15-dən Rusiya əsas hərbi qüvvələrini Suriyadan çıxarmağa başlayıb. 

Son xəbərlər

Orphus sistemi