​Moskva hökuməti məmurların 30%-ni ixtisar edəcək

​Moskva hökuməti məmurların 30%-ni ixtisar edəcək Sergey Sobyanin: "İxtisarlar istehsalat prosesinə təsir etməyəcək"
Region
17 Mart , 2015 13:46
​Moskva hökuməti məmurların 30%-ni ixtisar edəcək

Bakı. 17 mart. REPORT.AZ/ Moskva şəhər hökuməti dövlət qulluqçularının 30%-ni ixtisar edəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda şəhər hökumətinin başçısı Sergey Sobyanin bildirib.

"Biz idarə və komitələrin ştat cədvəlini ayrı-ayrılıqda təhlil etdik. Ümumi ştatın 30%-nin ixtisar edilməsinin mümkünlüyü qənaətinə gəldik ", - o, vurğulayıb.

O, ixtisarların istehsalat prosesinə təsir etməyəcəyini də söyləyib. 

Son xəbərlər

Orphus sistemi