Bakı. 17 mart. REPORT.AZ/ Moskva şəhər hökuməti dövlət qulluqçularının 30%-ni ixtisar edəcək.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda şəhər hökumətinin başçısı Sergey Sobyanin bildirib.
"Biz idarə və komitələrin ştat cədvəlini ayrı-ayrılıqda təhlil etdik. Ümumi ştatın 30%-nin ixtisar edilməsinin mümkünlüyü qənaətinə gəldik ", - o, vurğulayıb.
O, ixtisarların istehsalat prosesinə təsir etməyəcəyini də söyləyib.