​Ermənistan prezidenti Moskvaya gedir

​Ermənistan prezidenti Moskvaya gedir Sarqsyan KTMT və Aİİ-nin sessiyalarında iştirak edəcək
Region
19 Dekabr , 2015 19:39
​Ermənistan prezidenti Moskvaya gedir

Bakı. 19 dekabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan dekabrın 20-də Moskvaya işgüzar səfər edəcək.

"Report" "News.am"a istinadən xəbər verir ki, bu barədə erməni dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Serj Sarqsyan dekabrın 21-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurası və Avrasiya İqtisadi İttifaqı Şurasının sessiyalarında iştirak edəcək.

Qeyd edək ki, dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş olub.

Son xəbərlər

Orphus sistemi