Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur Müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur.
Region
10 May , 2024 12:20
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur.

"Report"un yerli bürosu xəbər verir ki, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı iş adamları, jurnalistlər, ictimaiyyət nümayəndələri və məktəblilər Tbilisidə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Bundan başqa, Heydər Əliyevin Rustavi şəhərindəki abidəsi də ziyarət olunub.

Hər iki şəhərdə Ulu Öndərin büstü önünə əklil və gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Son xəbərlər

Orphus sistemi