Astanada Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi keçiriləcək

Astanada Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi keçiriləcək Mariya Zaxarova: "Beş Xəzəryanı dövlətin əməkdaşlıq məsələləri müzakirə olunacaq"
Region
7 İyul , 2016 14:28
Astanada Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi keçiriləcək

Bakı. 7 iyul. REPORT.AZ/ Astanada iyulun 12-13-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu formatda görüş altıncı dəfə keçiriləcək. Müşavirə zamanı Xəzər dənizinin hüquqi statusu, beş Xəzəryanı dövlətin əməkdaşlıq məsələləri müzakirə olunacaq.

"Həmçinin beş Xəzəryanı dövlətin prezidentlərinin daha əvvəl qəbul etdiyi qərarların necə həyata keçirilməsinə dair yekun olacaq, eləcə də gələcək işlərin planı müəyyənləşdiriləcək. Rusiyada Xəzəryanı ölkələrlə etibarlı münasibətlər yüksək qiymətləndirilir", - deyə M.Zaxarova bildirib.

Son xəbərlər

Orphus sistemi