Bakı. 7 iyul. REPORT.AZ/ Astanada iyulun 12-13-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu formatda görüş altıncı dəfə keçiriləcək. Müşavirə zamanı Xəzər dənizinin hüquqi statusu, beş Xəzəryanı dövlətin əməkdaşlıq məsələləri müzakirə olunacaq.
"Həmçinin beş Xəzəryanı dövlətin prezidentlərinin daha əvvəl qəbul etdiyi qərarların necə həyata keçirilməsinə dair yekun olacaq, eləcə də gələcək işlərin planı müəyyənləşdiriləcək. Rusiyada Xəzəryanı ölkələrlə etibarlı münasibətlər yüksək qiymətləndirilir", - deyə M.Zaxarova bildirib.