Ankara məhkəməsi СНР-nin keçmiş liderinin dinlənilməsi ilə bağlı 38 nəfəri həbs edib

Ankara məhkəməsi СНР-nin keçmiş liderinin dinlənilməsi ilə bağlı 38 nəfəri həbs edib Dəniz Baykalın danışıqlarının dinlənilməsində şübhəli bilinənlər Fətullah Gülənin tərəfdarlarıdır
Region
23 Avqust , 2016 19:27
Ankara məhkəməsi СНР-nin keçmiş liderinin dinlənilməsi ilə bağlı 38 nəfəri həbs edib

Bakı. 23 avqust. REPORT.AZ/ Ankara məhkəməsi Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Dəniz Baykalın danışıqlarının qeyri-qanuni dinlənilməsində təqsirləndirilən 38 nəfəri həbs edib.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl bildirilirdi ki, D.Baykalın danışıqlarının dinlənilməsində şübhəli bilinənlər Fətullah Gülənin tərəfdarlarıdır.

Məhkəmə 38 nəfərin həbs edilməsinə dair qərar verməklə yanaşı, 10 nəfəri ölkədən çıxmamaq şərti ilə azadlığa buraxıb. 

Son xəbərlər

Orphus sistemi