​Rusiya XİN: Ankarada törədilən terrorun təşkilatçıları cəzalandırılmalıdır

​Rusiya XİN: Ankarada törədilən terrorun təşkilatçıları cəzalandırılmalıdır "Bu hadisə bütün ölkələrin beynəlxalq terrora qarşı mübarizədə birləşməsinin vacibliyini göstərir"
Region
18 Fevral , 2016 12:25
​Rusiya XİN: Ankarada törədilən terrorun təşkilatçıları cəzalandırılmalıdır

Bakı. 18 fevral. REPORT.AZ/ "Ankarada törədilən terrora heç bir halda haqq qazandırılmamalı və bu hücumu təşkil edənlər cəzalandırılmalıdır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin paytaxtı Ankarada törədilən terrorla bağlı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) verdiyi başsağlığı mətnində bildirilib.

"Ankaradakı terror hücumu bütün ölkələrin beynəlxalq terrora qarşı mübarizədə birləşməsinin vacibliyini göstərir", - XİN bildirib.

Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən terror nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi