Türkiyə ordusu hava zərbəsi ilə daha 16 terrorçunu məhv edib - YENİLƏNİB

Türkiyə ordusu hava zərbəsi ilə daha 16 terrorçunu məhv edib - YENİLƏNİB Türk Silahlı Qüvvələri “Zeytin Dalı” və “Fırat Qalxanı” hərəkatları çərçivəsində 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Region
6 May , 2024 17:59
Türkiyə ordusu hava zərbəsi ilə daha 16 terrorçunu məhv edib - YENİLƏNİB

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında daha 16 terrorçunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Hakurk, Metina ve Qara bölgəsinə hava zərbələri nəticəsində PKK terror qruplaşmasının 16 üzvü məhv edilib.

Onların arasında təşkilatın rəhbər şəxslərinin də olduğu qeyd edilib.

16:17

Türkiyə Silahlı Qüvvələri “Zeytin Dalı” və “Fırat Qalxanı” hərəkatları çərçivəsində 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “X” hesabında paylaşım edib.

“Terroristlərin hücum cəhdlərinə cavab verməyə davam edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı “Zeytin Dalı” və “Fırat Qalxanı” bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücum hazırlayan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Biz terrorun mənbəyini qurutmaqda qətiyyətliyik”, - paylaşımda bildirilib.

Son xəbərlər

Orphus sistemi