İraqın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

İraqın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb Türkiyənin Bağdaddakı səfiri də İraq XİN-ə çağırılıb
Region
5 Oktyabr , 2016 11:38
İraqın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ İraqın Ankaradakı səfiri Əli Əkbər İbrahim əl-Ələvi Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, diplomata İraq parlamentinin oktyabrın 4-də qəbul etdiyi qərarla bağlı etiraz notası təqdim olunub. 

Eyni zamanda, Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı İraq Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölkə parlamentinin oktyabrın 4-də qəbul etdiyi sənəd təqdim edilib.

Qeyd edək ki, ötən gün İraq parlamenti ölkənin Mosul əyalətinə bağlı Başıka bölgəsində Türkiyə hərbçilərinin mövcudluğunun yolverilməz olduğu haqda qərar qəbul edib. İraq parlamenti türkiyəli hərbçilərin ölkə ərazisində qalması müddətinin uzadılması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərara etiraz edib və buna dair sənədi təsdiqləyib.

Sənəd Türkiyənin Bağdaddakı səfirinə təqdim edilib. Qərarda türk hərbçilərin "işğalçı güc" kimi tanınması, İraq torpaqlarından çıxarılması üçün lazım olanın edilməsi, Türkiyə ilə ticarət əlaqələrinin nəzərdən keçirilməsi və kimi müddəalar öz əksini tapıb.   

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri 3 ildir terrorçulara qarşı mübarizə aparmaq üçün İraqın Şimalındakı Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

Son xəbərlər

Orphus sistemi