ANAMA nümayəndəsi səyahətçilərə Qarabağda aparılan minatəmizləmə işləri barədə məlumat verib

ANAMA nümayəndəsi səyahətçilərə Qarabağda aparılan minatəmizləmə işləri barədə məlumat verib Beynəlxalq səyahətçilər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ regionunda yerləşdirdiyi minaların azərbaycanlı istehkamçılar tərəfindən zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.
Qarabağ
4 May , 2024 11:43
ANAMA nümayəndəsi səyahətçilərə Qarabağda aparılan minatəmizləmə işləri barədə məlumat verib

Beynəlxalq səyahətçilər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ regionunda yerləşdirdiyi minaların azərbaycanlı istehkamçılar tərəfindən zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

“Report” xəbər verir ki, norveçli turistlər Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığında minalardan təmizlənmə prosesini müşahidə ediblər.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri qonaqlara işğaldan azad edilmiş ərazilərin mülki minalardan təmizlənməsinin necə aparıldığını, neçə kvadratmetr ərazinin artıq təmizləndiyini və görüləcək işlər barədə məlumat veriblər.

Qonaqlara həmçinin əvvəllər aşkar edilmiş və zərərsizləşdirilmiş tank əleyhinə minaların partladılması nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi